Əbdüllətif Rəşid İraqda prezident seçkilərində iştirakdan imtina edib

2026/04/17005-1775919589.jpg
Oxunub: 351     18:18     11 Aprel 2026    
İraqın hazırkı rəhbəri Əbdüllətif Rəşid növbəti prezident seçkilərində iştirakdan imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə İraqın milli xəbər agentliyi - INA məlumat yayıb.

"Parlamentin spikeri Heybət əl-Halbusi Əbdüllətif Rəşidin adının namizədlər siyahısından (prezident seçkilərində iştirak etmək üçün - red.) çıxarıldığını elan edib", - agentlik bildirib.

Beləliklə, prezident postuna namizədlərin sayı indi 16 təşkil edir.

İraq Prezidenti Nümayəndələr Şurasında (parlamentdə) səs çoxluğu ilə seçilir, səlahiyyət müddəti 4 ildir.

Əbdüllətif Rəşid 2022-ci ilin oktyabrında İraq Prezidenti seçilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əbdüllətif-Rəşid   İraq  


Bizi "telegram"da izləyin