Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Aprelin 11-də Kiyev rejiminin nəzarətində olan ərazidən 175 rusiyalı hərbçi geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 175 hərbi əsiri verilib”, - deyə nazirliyin məlumatında bildirilib.
Rusiya Müdafiə Nazirliyi həmçinin Kiyev tərəfindən saxlanılan Kursk vilayətinin yeddi sakininin də geri qaytarıldığını açıqlayıb.
Məlumata görə, hazırda rusiyalı hərbçilər Belarus ərazisindədir və onlara zəruri psixoloji və tibbi yardım göstərilir.
Sevinc Əliyeva
Ordu.az