Ordu.az xəbər verir ki, bu barədə yerli media orqanları yazıb.
O qeyd edib ki, xüsusilə ABŞ NATO-dan çıxacağı təqdirdə təhlükəsizliyin təmin olunması üçün Avropaya əlavə ölkələr lazımdır.
Zelenski Böyük Britaniyanı, Ukraynanı, Türkiyəni və Norveçi güclü Avropa ölkələri adlandırıb. Onun sözlərinə görə, ən azı bu üç ölkənin orduları birlikdə Rusiyanın ordusundan daha güclüdür.
Zelenski hesab edir ki, Ukrayna və Türkiyə qoşunları olmadan Avropanın hərbi gücü Rusiya ilə müqayisə oluna bilməz. “Eyni zamanda, bu ölkələrlə birlikdə Aİ dənizlərə nəzarət edə, hava məkanını qoruya və ən böyük quru qüvvələrinə sahib ola bilər”, - o əlavə edib.
Zelenski qeyd edib ki, söhbət hücumdan deyil, müdafiədən və Avropanın müstəqilliyinin qorunub saxlanılmasından gedir. Onun sözlərinə görə, Rusiya 2030-cu ilədək ordusunun sayını 2,5 milyona çatdırmağı planlaşdırır.
O vurğulayıb ki, iqtisadiyyatla bağlı narahatlıqlar ikinci dərəcəli olmalıdır, təhlükəsizlik isə birinci prioritet olmalıdır.
Sevinc Əliyeva
Ordu.az