Ordu.az xəbər verir ki, Tramp bu layihəni “dünyanın ən böyük və ən gözəl tağı” adlandırıb.
“Bu gün administrasiyam rəsmi olaraq İncəsənət üzrə Fəxri Komissiyaya dünyanın ən böyük və ən gözəl zəfər tağının tikintisinə dair təqdimatı və planları təqdim etdi”, - deyə Amerika lideri yazıb.
Birgə fotoda “Harrison Design”ın layihəsi əks olunub.
Layihəyə açıq rəngli daşdan hazırlanmış, qızılı elementlərlə bəzədilmiş tağ, yuxarı hissəsində iki böyük rəngli metal qartal və mərkəzdə qanadlı, Azadlıq heykəlini xatırladan qızılı fiqur daxildir.
Sevinc Əliyeva
Ordu.az