Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tramp Macarıstan liderini “fenomenal nəticələr əldə edən güclü baş nazir” adlandırıb və onu ölkənin müdafiəsi, iqtisadi artım, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və qanunun aliliyinin qorunmasına görə tərifləyib. “Mən 2022-ci il seçkilərində Viktoru dəstəkləməkdən qürur duyurdum və bunu yenidən etməkdən məmnunam”, - deyə o yazıb.
Daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens də Orbanı dəstəklədiyini bildirmişdi. O, aprelin 8-də Budapeştdə iki günlük səfərini başa vurmuşdu.
Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək. Orbanın rəhbərlik etdiyi hakim FİDES partiyası Avropa İttifaqı rəhbərliyinin dəstəyini alan Peter Macarın rəhbərlik etdiyi müxalif “Tisa” partiyası ilə mübarizə aparır.
Sevinc Əliyeva
Ordu.az