Pakistanın müdafiə nazirinin İsraili tənqid edən paylaşımı silinib

2026/04/1775811565.jpg
Oxunub: 343     12:49     10 Aprel 2026    
Pakistanın müdafiə naziri Xavaca Asifin sosial şəbəkələrdə İsraili “bəşəriyyət üçün lənət” adlandırdığı bildirilən paylaşımı, görünür, silinib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Bunun İsrailin reaksiyası fonunda baş verdiyi qeyd olunub.

İsrail baş nazirinin ofisi nazirin bəyanatını “qəzəbləndirici” adlandırıb.

“Bu, heç bir hökumətin, xüsusilə də sülhün təmin olunmasında neytral rol iddia edən bir ölkənin dözə biləcəyi bəyanat deyil”, - deyə İsrail baş nazirinin ofisinin sosial şəbəkələrdə yaydığı açıqlamada bildirilib.

Məlumata görə, Asif “X” platformasındakı paylaşımında İsraili bütün Yaxın Şərqdə dinc sakinlərin qətlində ittiham edib.

“Əvvəl Qəzza, sonra İran, indi isə Livan - qan tökülməsi dayanmadan davam edir”, - deyə Asifin bildirdiyi qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İsrail  


Bizi "telegram"da izləyin