Starmer və Tramp Hörmüz boğazının açılması məsələsində həll tapılmasının növbəti mərhələsində olduqlarını bildiriblər

2026/01/1769315164.jpg
Oxunub: 526     09:34     10 Aprel 2026    
Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ prezidenti Donald Tramp bəyan ediblər ki, Hörmüz boğazının açılması ilə bağlı “həll tapılmasının növbəti mərhələsindədirlər”.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” Dauninq Stritin bəyanatına istinadən məlumat yayıb.

Starmer Qətərə eniş edib və orada ABŞ prezidenti ilə telefon danışığı aparıb.

Böyük Britaniya hökumətinin bəyanatında deyilir ki, Starmer “tərəfdaşları bir araya gətirmək üçün Böyük Britaniyanın səylərini, gəmiçilik dəhlizinin yenidən açılması üçün işlək plan ətrafında razılıq əldə olunması istiqamətində görülən işi” təqdim edib.

“Onlar razılaşıblar ki, indi, atəşkəs bərqərar olunduqdan və boğazın açılması barədə razılaşma əldə edildikdən sonra biz həll tapılmasının növbəti mərhələsindəyik”, - deyə bəyanatda bildirilir.

Həmçinin qeyd olunur ki, Starmer və Tramp “gəmiçiliyin mümkün qədər tez bərpası üçün praktiki plan hazırlanmasının zəruriliyini” müzakirə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Tramp  


Bizi "telegram"da izləyin