Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Mən belə ifadələr işlətməzdim”, - deyə Starmer bildirib.
Böyük Britaniyanın baş naziri, həmçinin qedy edib: “Birləşmiş Krallığın öz prinsipləri, öz dəyərləri var və biz bütün addımlarımızda məhz onları rəhbər tutacağıq”.
O bildirib ki, İrandakı müharibədə iştirak etməmək və ABŞ-yə Britaniya aviabazalarından yalnız müdafiə məqsədilə istifadə etməyə icazə vermək barədə arqumentlərini də məhz bu prinsiplər əsasında formalaşdırıb.
Starmer əlavə edib ki, atəşkəs ABŞ prezidenti Donald Trampın boğazın açılması üçün İrana son müddət verməsindən sonra əldə olunub.
Sevinc Əliyeva
Ordu.az