Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Bilmirəm niyə Taker Karlson, Meqin Kelli, Kendis Ouens və Aleks Cons illərdir mənə qarşı mübarizə aparırlar. Xüsusilə diqqətçəkən odur ki, onlar hesab edirlər ki, dünyada terrorçuluğun əsas dövlət himayədarı olan İranın nüvə silahına sahib olması əla olardı. Əslində bu insanlar aşağı IQ-ya malikdir”, - deyə Tramp “TruthSocial” sosial şəbəkəsində yazıb.
ABŞ prezidentinin qeyd etdiyi jurnalistlər onun elektoratı arasında böyük təsirə malikdir. Onlar bir neçə il ərzində Trampı seçki kampaniyalarında dəstəkləyiblər, lakin son həftələrdə İranda hərbi əməliyyatlara qarşı çıxış ediblər.
Sevinc Əliyeva
Ordu.az