Tramp İrana Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələbini dayandırmağa çağırıb

2026/04/1775540561.jpg
Oxunub: 890     03:38     10 Aprel 2026    
ABŞ-nin prezidenti Donald Tramp Tehrana Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etmək planlarından imtina etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Sübutlar var ki, İran Hörmüz boğazından keçən tankerlərdən ödəniş alır. İran bunu etməməlidir və əgər artıq edirsə, dərhal dayandırmalıdır”, - deyə o, cümə günü “TruthSocial” sosial şəbəkəsində yazıb.

Daha sonra ABŞ prezidenti əlavə bəyanat yayaraq bildirib ki, İranın Hörmüz boğazındakı hərəkətləri mövcud razılaşmalarla uyğun gəlmir.

“İran çox pis iş görür, bəziləri deyərdi ki, qeyri-səmimidir, neftin Hörmüz boğazından keçməsinə icazə verərkən. Bu, bizim razılaşmalarımıza uyğun deyil”, - deyə Tramp qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin