İsrailin İstanbuldakı Baş Konsulluğu qarşısındakı silahlı insidentlə bağlı saxlanılanların sayı 16-ya çatıb

2026/04/1775559497.jpg
Oxunub: 412     02:16     10 Aprel 2026    
İsrailin Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu qarşısında baş verən silahlı insidentlə bağlı daha bir neçə nəfər saxlanılıb.

Ordu.az yerli mətbuata istinadən xəbər verir ki, bununla da saxlanılan şübhəlilərin sayı 16-ya çatıb.

Hadisədən sonra başlayan istintaq çərçivəsində aparılan əməliyyatlarda insident günü və sonrakı günlərdə 10 şübhəli saxlanılıb. Bir şübhəli İzmitdə, daha biri Konyada, digəri isə Kocaelidə saxlanılıb. Dünən üçü Kocaelidə olan daha dörd şübhəlinin yaxalanması ilə saxlanılan şübhəlilərin sayı 16-ya çatıb.

Xatırladaq ki, aprelin 7-də İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, nəticədə bir şübhəli öldürülüb, daha ikisi yaralı halda saxlanılıb. İnsident zamanı həmçinin 2 polis əməkdaşı da xəsarət alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Türkiyə  


Bizi "telegram"da izləyin