Zelenski Pasxa atəşkəsi elan edib

2026/04/1775501736.jpg
Oxunub: 625     01:21     10 Aprel 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa bayramı ərəfəsində cəbhədə atəşkəs elan edib.

Ordu.az-ın məlumatına görə, Ukrayna Prezidenti bunu aprelin 9-da axşam müraciətində bildirib.

"Ukrayna dəfələrlə humanitar addımlara hazır olduğunu bildirib. Bu il Pasxa bayramı münasibətilə atəşkəs təklif etdik və buna uyğun hərəkət edəcəyik. İnsanlara təhdidsiz Pasxa və sülhə doğru real hərəkət lazımdır", - V.Zelenski əlavə edib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin də Pasxa atəşkəsi elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Atəşkəs  


Bizi "telegram"da izləyin