İran XİN: Hörmüz boğazından ABŞ gəmilərinin keçidi yalnız Tehranın xüsusi razılığı ilə mümkündür

2026/04/1775767969.jpg
Oxunub: 684     00:37     10 Aprel 2026    
Hörmüz boğazı ABŞ gəmiləri üçün açıq qalır, lakin keçid yalnız İranın xüsusi razılığı və düşmənçilik hərəkətlərinin olmaması şərti ilə mümkündür.

Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Britaniyanın ITV telekanalına müsahibəsində bildirib.

Diplomat vurğulayıb ki, boğaz açıq qaldığı müddətdə hər bir tanker və gəmi təhlükəsiz keçidi təmin etmək üçün əvvəlcədən İran hakimiyyət orqanları ilə lazımi tədbirləri razılaşdırmalıdır. ABŞ gəmilərinin sərbəst keçidi ilə bağlı suala cavab verən Xətibzadə qeyd edib: “Heç bir fərq yoxdur, yalnız düşmən davranış istisna olmaqla. Biz hesab edirik ki, hazırda belə əlamətlər yoxdur, buna görə də hamı adi qaydada boğazdan keçə bilər”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Xətibzadə  


Bizi "telegram"da izləyin