Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai öz “Telegram” kanalında yazıb.
Əraqçi bildirib ki, əgər ABŞ tərəfi öz öhdəliklərini yerinə yetirərsə, bu su yolu ilə təhlükəsiz keçid yalnız təlimatlara uyğun şəkildə, İran silahlı qüvvələri ilə koordinasiya edilərək və müəyyən edilmiş marşrutlar üzrə, mövcud texniki tədbirlər qorunmaqla mümkün olacaq.
“Əraqçi atəşkəsin qəbul edilməsi məsələsində İranın məsuliyyətli yanaşmasına istinad edərək, ABŞ-nin bütün regionlarda, o cümlədən Livanda hərbi əməliyyatları dayandırmaqla bağlı öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyət daşıdığını vurğulayıb”, - deyə İran XİN-in rəsmi nümayəndəsi qeyd edib.
Əraqçi, eyni zamanda “Rusiyanın məsuliyyətli qərarına, regionda baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasında ABŞ-nin qeyri-məntiqi və birtərəfli qətnaməsini dəstəkləməkdən imtina etməsinə görə təşəkkür edib”. O qeyd edib ki, bu addım gərginliyin artmasına töhfə verib.
Rusiyanın xarici işlər naziri isə öz növbəsində İrana qarşı hərbi təcavüzün dayandırılmasını alqışlayıb və müharibənin dayandırılması, regionda sabitlik və davamlı təhlükəsizliyin bərpası istiqamətində səylərə dəstəyini ifadə edib.
Rusiyanın xarici işlər naziri həmçinin İran və Rusiyanın UNESCO çərçivəsində birgə əməkdaşlığını qeyd edib. Bu əməkdaşlığın məqsədi tarixi və dini obyektlərə, o cümlədən Tehrandakı Müqəddəs Nikolay pravoslav kilsəsinə ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi hücumları pisləməkdir.
Sevinc Əliyeva
Ordu.az