Litva ABŞ Ordusu kontingentinin artırılmasını mümkün hesab edir

2026/03/1773643943.jpg
Oxunub: 459     23:54     09 Aprel 2026    
Vilnüs ölkədə yerləşdirilmiş ABŞ Ordusu kontingentinin artırılmasını mümkün hesab edir.

Ordu.az xəbər verir ki, bu barədə Litva Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Deyvidas Matulyonis "Jinyu radiyas" radiostansiyasının efirində bildirib.

"Əgər amerikalılar həqiqətən də təşəbbüs göstərərək Litvada hərbi iştiraklarını artırsalar, bu, son dövrün ən vacib nailiyyəti olardı", - o qeyd edib.

D.Matulyonisin sözlərinə görə, bu qiymətləndirmələr Litvanın ABŞ-nin Hörmüz boğazındakı fəaliyyətlərinə qoşulmaq çağırışlarına imkanları daxilində cavab verməyə hazır olması ilə bağlıdır

"Bu, ikitərəfli prosesdir", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   ABŞ  


Bizi "telegram"da izləyin