Ərdoğan ABŞ-İran danışıqlar prosesinin pozulmasının qarşısını almağa çağırıb

2026/04/1775645308.jpg
Oxunub: 470     23:10     09 Aprel 2026    
Vaşinqton və Tehran arasında Pakistanda planlaşdırılan danışıqlardan maksimum dərəcədə istifadə edilməli və uğursuzluğa düçar olmasına yol verilməməlidir.

Ordu.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı deyib.

"Danışıq zamanı Prezident Ərdoğan qeyd edib ki, Türkiyə müvafiq ölkələrlə birlikdə atəşkəsə gətirib çıxaran prosesdə intensiv səylər göstərib. O, İslamabadda keçiriləcək qarşıdan gələn danışıqların davamlı sülh və sabitliyə nail olmaq üçün maksimum dərəcədə istifadə edilməli olduğunu, bu prosesi pozmaq istəyənlərə belə bir fürsət verməməyin vacibliyini və ölkəmizin dost dövlətlərlə birlikdə hər cür töhfə verməyə hazır olduğunu vurğulayıb", - deyə Türkiyə prezident administrasiyasından bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin