Rütte: "NATO Hörmüz boğazında gəmiçiliyin təmin olunmasına kömək edə bilər"

2026/02/1770922434.jpg
Oxunub: 465     23:37     09 Aprel 2026    
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin olunmasına dəstək göstərə bilər.

Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Vaşinqtondakı Ronald Reyqan Prezident Fondu İnstitutunda çıxışında bildirib.

Onun sözlərinə görə, artıq 34 ölkədən ibarət koalisiya Hörmüz boğazından sərbəst keçidin təmin olunması üçün tədbirlərin görülməsi imkanını müzakirə edir.

"Düşünürəm ki, bu, ilk addımdır. Əgər NATO kömək edərsə, bu sözsüz ki, olacaq. Kömək etməmək üçün heç bir səbəb yoxdur. Əgər bu, faydalı olacaqsa, biz mütləq bunu edəcəyik", - Rütte deyib.

O əlavə edib ki, alyans mərhələli şəkildə hərəkət edəcək, çünki bunun üçün bütün müttəfiqlər arasında razılaşmalar zəruridir.

"Amma yenə də, əgər NATO hansısa rol oynaya bilsə, əla olar", - baş katib vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   NATO  


Bizi "telegram"da izləyin