Polşa ildə 10 min ədəd “Mark 1” antidron raketini istehsal edəcək

2026/04/1775763412.jpg
Oxunub: 525     23:35     09 Aprel 2026    
Polşa hava hücumundan müdafiə məqsədləri üçün istifadə olunacaq “Mark I” mini raketlərinin istehsalı üzrə yerli sənaye infrastrukturunu qurmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu çərçivədə Polşanın müdafiə sənayesi nəhəngi PGZ ilə Estoniyada yerləşən “Frankenburg Technologies” əməkdaşlıq müqaviləsi imzalayıb.

Sözügedən raketlər ilk növbədə pilotsuz uçuş aparatlarına qarşı istifadə olunmaq üçün hazırlanır.

İllik 10 min raket istehsal gücü hədəflənir

Tərəfdaşlıq çərçivəsində sistemin istehsalı üçün Polşada müəssisənin qurulması planlaşdırılır. Şirkətlər illik 10 min ədədə qədər raket istehsal gücünə malik istehsal mərkəzi inşa edəcək.

Razılaşma eyni zamanda gələcəkdə hazırlanacaq sistemlər üçün də əsas yaradacaq. Bu çərçivədə Mark II variantının hazırlanması nəzərdə tutulur. “Mark II”nin nişanalma mənzilini 5-8 kilometrə çatdıraraq təbəqəli hava hücumundan müdafiə imkanlarını gücləndirməsi hədəflənir.

Ukraynada sınaqdan keçirilməsi planlaşdırılır

Fevral ayında yayılan məlumatlara görə, “Frankenburg Technologies” yeni “Mark I” pilotsuz uçuş aparatlarına qarşı raketi 2026-cı il apreldən iyuna qədər olan dövrdə Ukraynada sınaqdan keçirməyi planlaşdırır.

“Mark I” raketinin “atdım-unutdum” prinsipi ilə işləyən dünyadakı ilk münasib qiymətli pilotsuz uçuş aparatlarına qarşı həll olması hədəflənir.

Sistem 2 kilometr mənzildə və təxminən 1,5 kilometr hündürlüyə qədər olan hədəfləri zərərsizləşdirə bilir.

“Shahed” tipli pilotsuz uçuş aparatları əsas hədəfdir

Raket müasir elektro-optik axtarış başlığı və qapalı dövrəli idarəetmə sistemi ilə təchiz olunub.

Hədəfin məhv edilməsi üçün təxminən 500 qram ağırlığında şüşə qəlpəli döyüş başlığından istifadə olunur. Bu sistemdə ənənəvi metal qəlpə əvəzinə şüşə parçacıqlara üstünlük verilir.

İtkini isə kompozit bərk yanacaqlı raket mühərriki təmin edir. Beləliklə, önləyici raket hücum marşrutuna sürətlə çata bilir.

“Frankenburg Technologies” rəsmiləri sistemin xüsusilə 3-cü sinfə qədər olan pilotsuz uçuş aparatlarına qarşı hazırlandığını bildiriblər və “Shahed” tipli kamikadze pilotsuz uçuş aparatlarının əsas hədəflər arasında yer aldığını vurğulayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Mark-1  


Bizi "telegram"da izləyin