Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“X” platformasında yayımlanan açıqlamada Adraee bildirib ki, sözügedən şəxslər Şəbaa bölgəsindən Sidon istiqamətinə hərəkət edərkən hədəf alınıblar. Onun sözlərinə görə, Həmdan qrup üçün şəxsi heyətin cəlb olunması, avadanlıqların əldə edilməsi və maliyyə dəstəyi ilə bağlı fəaliyyətə cavabdeh olub və bu qrupun “Hizbullah” ilə birbaşa əlaqələri var.
IDF sözçüsü həmçinin iddia edib ki, bu qrupun üzvləri İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlarda iştirak ediblər.
“X” platformasında ayrı bir paylaşımda Aviçay Adraee Beyrutun cənub ətraflarında (Dahiya) yaşayan sakinlər üçün təcili təxliyə çağırışı edib və konkret olaraq aşağıdakı ərazilərin adlarını qeyd edib:
Haret Hreik
Qobeyri
Leylaki
Hadat
Burc əl-Barajne
Tahouitat əl-Qadir
Şiyah
Cnah
O bildirib ki, IDF bu məhəllələrdə “Hizbullah”ın hərbi infrastrukturuna qarşı əməliyyatları davam etdirir. Adraee zərbələrin yalnız hərbi hədəflərə yönəldiyini vurğulayıb.
Bu hadisələr regionda diplomatik proseslər üçün kritik bir vaxta təsadüf edir. İranın yüksək vəzifəli rəsmiləri xəbərdarlıq ediblər ki, əgər İran İslam Respublikası tərəfindən dəstəklənən “Hizbullah” qüvvələrinə qarşı hücumlar davam edərsə, İran hazırda ABŞ ilə müzakirə olunan atəşkəs razılaşmasından geri çəkiləcək.
Sevinc Əliyeva
Ordu.az