Ordu.az xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid israilli yüksək vəzifəli məmura istinadən yazıb.
“İlk görüş Vaşinqtondakı Dövlət Departamentində keçiriləcək. Amerika tərəfinə Livandakı səfir Mişel İsa rəhbərlik edəcək. İsraili ABŞ-də İsrailin səfiri Yeçiel Leyter təmsil edəcək. Livan tərəfini isə ABŞ-də Livanın səfiri Nada Hamade-Moavad təmsil edəcək”, - deyə Ravid bildirib.
Daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrail hökumətinə Livan ilə mümkün qədər tez danışıqlara başlamağı tapşırdığını bildirib.
“Livanın İsrail ilə birbaşa danışıqlara başlamaq üçün dəfələrlə etdiyi çağırışları nəzərə alaraq, dünən mən kabinetə mümkün qədər tez birbaşa danışıqlara başlamağı tapşırdım”, - deyə Netanyahu qedy edib.
Onun sözlərinə görə, danışıqlar “Hizbullah”ın silahsızlaşdırılması və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulması üzərində cəmləşəcək.
Sevinc Əliyeva
Ordu.az