Ordu.az xəbər verir ki, bunu cümə axşamı NATO-nun baş katibi Mark Rütte bildirib.
“Əgər NATO kömək edə bilirsə, o zaman kömək etməmək üçün açıq-aydın heç bir səbəb yoxdur”, - deyə Rütte Vaşinqtonda çıxışı zamanı qeyd edib.
Daha əvvəl Rütte bir neçə paytaxtı məlumatlandırmışdı ki, ABŞ-nin prezidenti Donald Tramp yaxın bir neçə gün ərzində Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün konkret öhdəliklər götürmək istəyir, bu barədə cümə axşamı “Reuters”ə iki avropalı diplomat bildirib.
Rütte çərşənbə günü Vaşinqtonda Tramp ilə görüşüb, bu isə İranla müharibə ətrafında alyans daxilində gərginliyin artdığı bir vaxta təsadüf edib.
Böyük Britaniya təxminən 40 ölkədən ibarət qrupa rəhbərlik edir və bu qrup Hörmüz boğazının yenidən açılması və təhlükəsizliyin təmin olunması üçün hərbi və diplomatik plan hazırlamağa çalışır, lakin yaxın vaxtlarda bunun irəliləyiş əldə edəcəyinə dair heç bir əlamət yoxdur.
Fransanın prezidenti Emmanuel Makron çərşənbə günü bildirib ki, təxminən 15 ölkə boğazda gəmiçiliyin bərpasına töhfə vermək niyyətindədir. Fransanın xarici işlər naziri Jan-Noel Baron cümə axşamı bildirib ki, ABŞ-nin və İranın arasında uzunmüddətli razılaşma imzalanmadan Hörmüz boğazı tam şəkildə açıla bilməz, bu arada İtaliya və Böyük Britaniya isə İranın boğazdan tranzitə görə ödəniş tətbiq edə biləcəyi ilə bağlı mövqeyinin qəbuledilməz olduğunu bildiriblər.
Sevinc Əliyeva
Ordu.az