“İsrail mümkün qədər tez Livanla danışıqlara başlayacaq” - Netanyahu

2026/04/1775628713.jpg
Oxunub: 460     21:50     09 Aprel 2026    
İsrail mümkün qədər tez Livanla danışıqlara başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

“Livanın İsraillə birbaşa danışıqlara başlamaqla bağlı dəfələrlə etdiyi çağırışları nəzərə alaraq, dünən kabinetə mümkün qədər tez Livanla birbaşa danışıqlara başlamaq tapşırığı verdim”, - deyə Benjamin Netanyahu bildirib.

O qeyd edib ki, danışıqlar “Hizbullah”ın silahsızlaşdırılması və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulmasına yönələcək.

Netanyahu əlavə edib ki, İsrail Livan baş nazirinin Beyrutun demilitarizasiyası ilə bağlı bugünkü çağırışını yüksək qiymətləndirir.

Daha əvvəl Livan hökuməti Beyrutda silah istifadəsini yalnız dövlət qurumları ilə məhdudlaşdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin