Pentaqon Trampın ünvanına tənqidlərdən sonra Roma Papasını hədələyib

2025/10/1759853339.jpg
Oxunub: 494     21:42     09 Aprel 2026    
ABŞ ilə katolik kilsəsi arasında münasibətlər yanvar ayından etibarən dəyişib. ABŞ Müharibə Nazirliyinin yüksək vəzifəli şəxsləri Vatikan nümayəndəsi ilə sərt bəyanatlar mübadiləsi aparıb.

Ordu.az xəbər verir ki, bu barədə “The New Republic” nəşri yazır.

Roma Papası Pope Leo XIV dünyanın vəziyyəti ilə bağlı çıxış etdikdən bir neçə gün sonra, müdafiə nazirinin siyasət üzrə müavini Elbric Kolbi Vatikan nümayəndəsi kardinal Christophe Pierre ilə Pentaqonda qapalı görüş keçirib.

“ABŞ dünyada istədiyini etməyə imkan verən hərbi gücə malikdir. Katolik kilsəsi daha yaxşı olar ki, onların tərəfinə keçsin”, - deyə Kolbi bildirib.

Görüşdə iştirak edən amerikalı rəsmilərdən biri XIV əsrdə baş vermiş Avinyon papalığı dövrünə də toxunub və həmin dövrdə Fransa monarxiyasının katolik kilsəsinə təsiri barədə danışıb.

ABŞ prezidenti Donald Trump administrasiyası papanın onun siyasətini tənqid etməsinə etiraz edib.

Müharibə naziri Pit Heqset və digər yüksək vəzifəli şəxslər xüsusilə papanın yanvarın 9-da etdiyi çıxışdakı fikirlərdən narazı qalıblar. Həmin çıxışda papa bildirib ki, “dialoqa əsaslanan diplomatiya yerini gücə əsaslanan diplomatiyaya verir” və “müharibə yenidən populyarlaşır”.

Papanın çıxışı detallı şəkildə təhlil olunub və administrasiyaya qarşı düşmən mesaj kimi qiymətləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Roma-Papası  


Bizi "telegram"da izləyin