IMO: Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq edilməsi təhlükəli presedent yaradacaq

2026/04/1775316466.jpg
Oxunub: 458     21:20     09 Aprel 2026    
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) xəbərdarlıq edib ki, dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün 20%-nin keçdiyi Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq edilməsi “təhlükəli presedent” yaradacaq.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Beynəlxalq boğazlardan keçən gəmilər üçün ödənişlərin tətbiqinə imkan verən heç bir beynəlxalq razılaşma yoxdur”, - deyə IMO nümayəndəsi bildirib.

IMO üzv dövlətlərinin qəbul etdiyi BMT-nin Dəniz hüququ üzrə konvensiyasına (UNCLOS) əsasən, gəmilər beynəlxalq boğazlardan tranzit keçid hüququna malikdir.

“Boğaza sahildar dövlətlər bu hüququn həyata keçirilməsinə mane olmamalı və ya tranzit keçidi dayandırmamalıdır”, - deyə IMO nümayəndəsi əlavə edib.

Boğaz beynəlxalq sular kimi təsnif edilmir.

Xəbərdarlıqdan əvvəl İran KİV-ləri bildirmişdi ki, İran boğazdan keçən gəmilərdən 2 milyon dollara qədər tranzit rüsumu tətbiq etmək imkanını nəzərdən keçirir və bu gəlirin digər sahildə yerləşən Omanla bölüşdürülməsi planlaşdırılır. Digər məlumatlara görə isə İran boğazdan daşınan neftin hər barelinə görə 1 dollar ödəniş tətbiq edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin