Almaniya kansleri: “Biz ABŞ ilə İran arasında müharibə səbəbindən NATO-nun parçalanmasını istəmirik”

2025/09/1756833881.jpg
Oxunub: 410     20:42     09 Aprel 2026    
Almaniya kansleri Fridrix Merts cümə axşamı bildirib ki, ABŞ ilə İran arasında müharibənin ABŞ ilə NATO-dakı Avropalı tərəfdaşları arasındakı münasibətləri daha da gərginləşdirməsini istəmir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Biz istəmirik, mən istəmirəm ki, NATO parçalansın. NATO bizim təhlükəsizlik təminatımızdır, o cümlədən və ilk növbədə Avropada”, - deyə o, jurnalistlərə bildirib.

Eyni zamanda, Merts qeyd edib ki, İsrailin Livanda davam edən hərbi kampaniyası ABŞ ilə İran arasında Yaxın Şərqdə müharibə ilə bağlı gözlənilən sülh danışıqlarını pozmağa qadir ola bilər.

“Biz cənubi Livandakı vəziyyəti xüsusi narahatlıqla izləyirik. İsrailin orada müharibəni apardığı “qəddarlıq” bütün sülh prosesinin dağılmasına gətirib çıxara bilər və buna yol vermək olmaz”, - deyə kansler bildirib

O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampı İran ilə danışıqları təcili şəkildə davam etdirməyə çağırıb. Merts Berlində bildirib ki, Almaniya Tehranda İran rəhbərliyi ilə birbaşa danışıqları bərpa edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   NATO  


Bizi "telegram"da izləyin