Türkiyənin Xarici İşlər Nazirliyi çərşənbə günü Yunanıstanın Qərbi Trakiyadakı türk azlığına münasibətdə siyasətini tənqid edərək bildirib ki, Lozanna müqaviləsi ilə təsbit olunmuş onların hüquqları görməzliyə vurulur.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, Yunanıstan seçilmiş müftilərini tanımamaqla azlığın hüquq və azadlıqlarını israrla görməzliyə vurur.
Bəyanatda eyni zamanda son hadisələrlə bağlı narahatlıq ifadə olunub və vurğulanıb ki, Didimotikoda müftinin təyin edilməsi seçki pərdəsi altında, azlıq nümayəndələri ilə məsləhətləşmədən həyata keçirilib.
Qurum iddia edir ki, hazırda Rodop və Ksantidə də oxşar addımlar atılır.
“Biz belə yanaşmanı qəbul edə bilmərik”, - deyə xarici siyasət idarəsinin bəyanatında bildirilib.
Türkiyə XİN beynəlxalq ictimaiyyəti Yunanıstanın öz ərazisində yerləşən rəsmi azlığın seçilmiş dini liderlərini tanımaması faktına diqqət yetirməyə çağırıb.
Sevinc Əliyeva
Ordu.az