Rusiya və İran XİN rəhbərləri telefonla atəşkəs bəyanatını müzakirə ediblər

2026/02/1770058129.jpg
Oxunub: 363     20:31     09 Aprel 2026    
İran tərəfinin təşəbbüsü ilə 2026-cı il aprelin 9-da Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Rusiya XİN-in mətbuat xidmətindən bildirilib ki, Rusiya tərəfi ABŞ və İran arasında iki həftəlik hərbi əməliyyatların dayandırılması və bu razılaşmalara İsrailin də qoşulması ilə bağlı bəyanatı alqışlayır:

“Qeyd edildiyi kimi, Moskva əmindir ki, pakistanlı vasitəçilərin də bildirdiyi bu razılaşmalar regional xarakter daşıyır və xüsusilə Livanı əhatə edir”.

Sergey Lavrov danışıqlar prosesinin uğurlu olacağına ümid etdiyini bildirib və Rusiyanın İran İslam Respublikasına qarşı səbəbsiz “ABŞ-İsrail təcavüzü”nün nəticələrinin aradan qaldırılmasına, həmçinin regionda uzunmüddətli sülh və sabit təhlükəsizliyin təmin olunmasına yönəlmiş həll yollarının tapılmasına kömək etməyə hazır olduğunu təsdiqləyib.

Əraqçi isə BMT Təhlükəsizlik Şurasında Fars körfəzi ilə bağlı müzakirələr zamanı nümayiş etdirdiyi prinsipial mövqeyə görə Rusiyaya təşəkkür edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin