Ağ Ev Corc Klunini “hərbi cinayətkar” adlandırıb

2026/04/1775752572.jpg
Oxunub: 431     20:29     09 Aprel 2026    
Ağ Evin kommunikasiya məsələləri üzrə direktoru Stiven Çenq Hollivud aktyoru Corc Klunini “hərbi cinayətkar” adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Buna səbəb aktyorun ABŞ Prezidenti Donald Trampı sərt şəkildə ictimai tənqid etməsi olub. Tramp daha əvvəl İran barədə danışarkən “bütün sivilizasiyanın məhv ola biləcəyini” bildirmişdi.

İtaliyada məktəblilər qarşısında çıxışı zamanı Kluni deyib: “Əgər kimsə sivilizasiyanı məhv etmək istədiyini deyirsə, bu, hərbi cinayətdir”.

“Yeganə hərbi cinayət törədən şəxs öz dəhşətli filmləri və zəif aktyorluq bacarığı ilə Corc Klunidir”, - deyə Çenq “X” sosial şəbəkəsində cavab verib.

“The Hollywood Reporter” nəşrinə açıqlamasında Oskar mükafatlı aktyor hökumətin reaksiyasını tənqid edərək bildirib ki, dünyada ciddi hadisələrin baş verdiyi bir vaxtda “uşaqvari təhqirlərin” zamanı deyil.

“İnsanlar yaxınlarını itirir. Uşaqlar ölür. Qlobal iqtisadiyyat uçurumun kənarındadır, - deyə Kluni vurğulayıb. O, həmçinin bildirib: “İndi yüksək səviyyədə ciddi müzakirələrin vaxtıdır, yoxsa uşaq dava-dalaşlarının deyil”.

Aktyor eyni zamanda tənqidlərə istehzalı cavab verib: “Administrasiyanın müdafiəsi nədən ibarətdir? Məni uğursuz aktyor adlandırmaqdan? Mən hətta bununla razılaşmağa hazıram, xüsusilə “Betmen və Robin” filmindən sonra”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   Corc-Kluni  


Bizi "telegram"da izləyin