Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Telekanalın məlumatına görə, fələstinlilər cümə axşamı səhər tezdən məscidin qapılarından keçiblər. Səhər namazında təxminən 3000 ibadətçi iştirak edib.
Fevralın 28-dən - İranla ABŞ-İsrail müharibəsinin başlanmasından etibarən xristian, yəhudi və müsəlman məkanlarına giriş ya tam bağlanıb, ya da ciddi məhdudlaşdırılıb. Yalnız bir neçə on nəfərin ibadət məkanlarına daxil olmasına icazə verilib.
İsrail hakimiyyəti çərşənbə axşamı Qüdsdə məscidin və Müqəddəs Qəbir kilsəsinin yenidən açıldığını elan edib. İsrail polisi müqəddəs məkanların açılmasını “İsrail Daxili Cəbhə Komandanlığının yenilənmiş təlimatları” ilə izah edib.
Bəyanatda bildirilib ki, “ziyarətçilərin təhlükəsizliyini təmin etmək” məqsədilə Qüdsün Köhnə şəhərinin küçələrində və müqəddəs məkanlara aparan yollarda yüzlərlə polis və sərhədçinin iştirakı ilə təhlükəsizlik tədbirləri gücləndirilib. Son altı həftə ərzində, regional müharibə dövründə Qüds və onun müqəddəs məkanları sərt təhlükəsizlik tədbirləri və tez-tez tətbiq olunan bağlanmalarla üzləşib.
Sevinc Əliyeva
Ordu.az