“Livan İranın müttəfiqi kimi atəşkəsin ayrılmaz hissəsidir” - Qalibaf

2026/03/1774783332.jpg
Oxunub: 406     19:12     09 Aprel 2026    
“Livan və İranın müttəfiqi sayılan “Müqavimət oxu” atəşkəsin ayrılmaz hissəsidir”.

Ordu.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsində yazıb.

“Pakistanın baş naziri Şahbaz Şərif bunu təsdiqləyib və bildirib ki, bu mövqe müzakirə predmeti deyil.

Atəşkəsin pozulması konkret nəticələrə və SƏRT cavaba gətirib çıxaracaq. Dərhal atəşi dayandırın”, - deyə o əlavə edib.

Xatırladaq ki, İranla ABŞ arasında atəşkəs elan olunduqdan sonra bu razılaşmaya qoşulan İsrail onun Livana şamil olunmadığını bildirib.

Bu isə Pakistanın baş naziri Şahbaz Şərifin səsləndirdiyi açıq bəyanatla ziddiyyət təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   İran  


Bizi "telegram"da izləyin