“Livana qarşı İsrailin yenidən başlatdığı “aqressiya” atəşkəs razılaşmasının kobud pozuntusudur” - Pezeşkian

2026/02/1771952416.jpg
Oxunub: 394     18:09     09 Aprel 2026    
“Livana qarşı İsrailin yenidən başlatdığı “aqressiya” atəşkəs üzrə ilkin razılaşmanın kobud pozuntusudur”.

Ordu.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsində yazıb.

“Bu, aldatmanın və razılaşmalara sadiq qalmamağın təhlükəli əlamətidir. Bu cür addımlar davam edərsə, danışıqlar mənasız olacaq. Biz əvvəlki kimi barmağımızı tətikdə saxlayırıq. İran heç vaxt livanlı bacı və qardaşlarını tək qoymayacaq”, - deyə Pezeşkian qeyd edib.

İran prezidentinin fikrincə, Livana qarşı davam edən “aqressiya” danışıqları mənasız edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran  


Bizi "telegram"da izləyin