Ordu.az xəbər verir ki, bu barədə 14 ölkənin liderinin və Avropa İttifaqı rəhbərliyinin birgə bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: “Bu mühüm sazişin bağlanmasına verdiyi töhfəyə görə Pakistana və bütün cəlb olunmuş tərəfdaşlara təşəkkürümüzü bildiririk. İndi yaxın günlərdə müharibənin tezliklə və qəti şəkildə dayandırılmasına nail olmaq lazımdır. Buna yalnız diplomatik yolla nail olmaq mümkündür.
Biz danışıqlar yolu ilə əsaslı tənzimləməyə nail olmaq üçün sürətli irəliləyiş əldə etməyə çağırırıq. Bu, İranın mülki əhalisinin müdafiəsi və regional təhlükəsizliyin təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edəcək. Bu addım ciddi qlobal enerji böhranının qarşısını ala bilər.
Biz bu diplomatik səyləri dəstəkləyirik. Bu məqsədlə Amerika Birləşmiş Ştatları və digər tərəfdaşlarla sıx təmasdayıq. Bütün tərəfləri, o cümlədən Livanı atəşkəs rejiminə riayət etməyə çağırırıq. Bizim hökumətlərimiz Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunması işinə öz töhfələrini verəcəklər”.
Sənədi Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, Kanada, Rumıniya, Danimarka, Yaponiya, Yunanıstan, İspaniya, Norveç, İslandiya, Niderland və İsveç liderləri, həmçinin Avropa Komissiyasının sədri və Avropa İttifaqı Şurasının rəhbəri imzalayıblar.
Sevinc Əliyeva
Ordu.az