TULGA 4×4-ün təhvil prosesi davam edir

2026/04/1775736968.jpg
Oxunub: 476     16:14     09 Aprel 2026    
Türkiyənin yerli müdafiə sənayesi təşəbbüsü çərçivəsində hazırlanmış TULGA 4×4 BMC tərəfindən Balistik Qorumalı Patrul Müdaxilə Vasitəsi Layihəsi çərçivəsində təhlükəsizlik qüvvələrinin inventarına daxil edilməyə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin ən böyük kommersiya və hərbi nəqliyyat vasitələri istehsalçılarından biri olan BMC bildirib ki, “Türkiyənin ilk yerli və milli, doğuşdan zirehli SUV avtomobili TULGA 4×4-ün təhvil prosesi sürətlə davam edir”.

BMC tərəfindən yayımlanan məlumatda nəqliyyat vasitəsinin əsas xüsusiyyətləri açıqlanıb:

Zirehli quruluş
250 at gücü
130 km/saat sürət
Yüksək manevr qabiliyyəti


TULGA 4×4 son olaraq Batman İl Jandarma Komandanlığının nəqliyyat parkına daxil edilib.

Jandarma Baş Komandanlığı tərəfindən Batmana göndərilən nəqliyyat vasitəsi, yol hərəkəti xidmətlərində istifadə olunmaq üçün Batman valisi Ekrem Canalp tərəfindən Vilayət Jandarma Komandanlığına təhvil verilib.

Nəqliyyat vasitəsinin Batmanda yol hərəkəti xidmətlərində effektiv şəkildə istifadə olunacağı bildirilib.

TULGA 4×4 doğuşdan zirehli gövdə quruluşu ilə seçilir və yüksək ballistik qoruma səviyyəsi ilə yanaşı mina və partlayıcı təhdidlərinə qarşı gücləndirilmiş alt qoruma təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TULGA   Türkiyə  


Bizi "telegram"da izləyin