Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Paylaşılan videoda aşağıdakı ifadələr yer alıb:
“2026-cı ilin ilk rübünü; layihələrimizdə əldə etdiyimiz mühüm irəliləyişlər, həyata keçirdiyimiz yeni işlər və güclü beynəlxalq əlaqələrlə başa vurduq.
Türkiyənin Ay Missiyası Kosmik Aparatının inteqrasiya prosesində mühüm irəliləyiş əldə edərkən, İMECE 2-3 (TUGEP) kamerasının istehsalını həyata keçirdik.
İnstitutumuzda qəbul etdiyimiz beynəlxalq yüksək səviyyəli səfərlərlə əməkdaşlıqlarımızı daha da inkişaf etdirdik, kosmik texnologiyalar sahəsində yeni tərəfdaşlıqların qurulmasına töhfə verdik.
SAT “Show Week” və STC 2026 kimi beynəlxalq platformalarda əməkdaşlıq danışıqları apardıq.
Eyni dövrdə Külliyədə keçirilən Ramazan tədbirində iştirak etdik, TUA “Astro Hackathon”da münsif kimi yer alaraq gənclərin və kosmos həvəskarlarının layihələrinə töhfə verdik.
TUA İdarə Heyətinin iclasına Optik Sistemlər Araşdırma Mərkəzində ev sahibliyi edərək mühüm qiymətləndirmə və qərar proseslərini həyata keçirdik.
TÜBİTAK UZAY Launch (TUZLA) layihəsi (buraxılış qabiliyyətinin inkişaf etdirilməsinə yönəlmiş işlər), GEZGİN-1 (yerli kiçik peyk platformasının hazırlanması) və YAZKOM (süni zəka dəstəkli giliz və güllə nüvəsi analiz sistemi) layihələri ilə yeni işlərimizə başladıq.
Milli Kosmos Proqramı hədəfləri çərçivəsində kosmik texnologiyalarda gücümüzü artıraraq yolumuza qətiyyətlə davam edirik”.
Sevinc Əliyeva
Ordu.az