“Reuters”: İranla müharibə Rusiyanın neft gəlirlərini ikiqat artırıb

2026/03/1772716761.jpg
Oxunub: 359     15:53     09 Aprel 2026    
Apreldə Rusiyanın neft üzrə birdəfəlik vergidən əldə etdiyi gəlirlər ikiqat artaraq 9 milyard dollara çatacaq. Gəlirlərin belə sıçrayışı ABŞ və İsrailin İrana qarşı birgə hücumlarından sonra enerji bazarında yaranan böhranla əlaqədardır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İran müharibəsinin səbəb olduğu ən böyük enerji böhranı dünyada neftin ikinci ən böyük ixracatçısı olan Rusiya üçün əlverişli vəziyyət yaradıb.

İlkin məlumatlara əsaslanan hesablamalara görə, apreldə faydalı qazıntıların hasilatı vergisindən Rusiyanın gəlirləri martdakı 327 milyard rubldan təxminən 700 milyard rubla (9 milyard dollar) yüksələcək. Ötən ilin aprel ayı ilə müqayisədə büdcə daxilolmaları təxminən 10% artıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Neft  


Bizi "telegram"da izləyin