“Mavi Vətən-2026” təlimində AKYA torpedosu ilk dəfə sualtı qayıqdan buraxılıb

2026/04/1775734889.jpg
Oxunub: 450     15:39     09 Aprel 2026    
Türkyə Milli Müdafiə Nazirliyi “Mavi Vətən-2026” təlimi çərçivəsində mühüm bir qabiliyyətin ilk dəfə sınaqdan keçirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Açıqlamaya görə, AKYA ağır sinfinə məxsus döyüş torpedosu ilk dəfə sualtı platformadan real əməliyyat ssenarisi çərçivəsində buraxılaraq hədəfini uğurla məhv edib.

Təlim geniş iştirakla icra olunur

Türkiyə Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizində eyni vaxtda keçirilən təlimə Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Komandanlığı da dəstək verir.

Milli Müdafiə Nazirliyinin məlumatına görə təlimdə:

120 döyüş gəmisi
50 hava vasitəsi
15 min şəxsi heyət iştirak edir.


AKYA-dan ilk əməliyyat buraxılışı

Təlimin diqqətçəkən məqamı yerli imkanlarla hazırlanmış AKYA torpedosunun ilk dəfə sualtı qayıqdan buraxılması olub.

TCG “Sakarya” üzərindən həyata keçirilən buraxılışda torpedonun hədəfi tam dəqiqliklə vurduğu bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin qiymətləndirməsində bu buraxılışın sistemin əməliyyat qabiliyyətini sahədə təsdiqlədiyi vurğulanıb.

Yerli torpedo qabiliyyəti möhkəmlənir

AKYA-nın hədəfi uğurla vurması ilə Türkiyənin ağır sinif torpedo hazırlamaq və istehsal etmək qabiliyyətinin mühüm mərhələyə çatdığı qeyd olunur. Bu inkişaf sualtı döyüş sahəsində xarici asılılığın azaldılması baxımından kritik nailiyyət kimi qiymətləndirilir.

TCG “Anadolu” təlimə ev sahibliyi edib

Təlim çərçivəsində Antalya körfəzində yerləşən TCG “Anadolu” üzərində media üçün məlumatlandırma tədbiri keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mavi-Vətən-2026   AKYA  


Bizi "telegram"da izləyin