Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.
İranın bütün ərazisində etiraz aksiyaları keçirilir.
Tehranda keçirilən anım mərasimində ölkə prezidenti Məsud Pezeşkian da iştirak edib.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisinə zərbələr endirib ki, bu da dağıntılara və insan itkilərinə səbəb olub. Cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ hücumları zamanı İranın dini lideri ayətullah Əli Seyid Xameneyi və ölkənin digər yüksək vəzifəli şəxsləri də öldürülüb.
Martın 2-də “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulub. İsrail bu hərəkat əleyhinə hücum əməliyyatının başladığını elan edib və Cənubi Livana daxil olub.
Martın 23-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, həftə ərzində İranla danışıqlar aparılacaq. O əlavə edib ki, hərbi zərbələr 5 gün müddətinə təxirə salınıb. Eyni zamanda İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.
Aprelin 8-nə keçən gecə ABŞ və İran atəşkəs barədə razılığa gəlib. İsrail də bu razılaşmaya qoşulub, lakin Livana yönəlmiş zərbələri dayandırmaqdan imtina edib.
Sevinc Əliyeva
Ordu.az