Ordu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Beyrutda biz “Hizbullah”ın lideri Naim Qasemin şəxsi katibi və onun ən yaxın tərəfdaşlarından biri olan Əli Yusif Hərşini öldürdük.
Dünən axşam İsrail ordusu Cənubi Livanda bir neçə hədəfə, minlərlə silahın, raketin və buraxılış qurğusunun daşınması üçün istifadə olunan keçid məntəqələrinə, həmçinin Hizbullahın silah anbarlarına, buraxılış qurğularına və qərargahlarına hücum edib.
Biz “Hizbullah”a lazım olan hər yerdə zərbələri davam etdirəcəyik, ta ki, şimal bölgəsinin sakinləri üçün tam təhlükəsizlik bərpa olunana qədər”, - deyə Netanyahu qeyd edib.
Sevinc Əliyeva
Ordu.az