Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

2026/04/1775727241.jpg
Oxunub: 380     13:22     09 Aprel 2026    
Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri şahzadə Feysal bin Fərhan Əl Səud və Abbas Əraqçi telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN-in sosial şəbəkələrdəki bəyanatında deyilir.

"Onlar regiondakı son hadisələri müzakirə edib və regionda təhlükəsizlik və sabitliyin bərpası məqsədilə gərginliyin azaldılması yollarını nəzərdən keçiriblər", - məlumatda qeyd olunub.

Yerli KİV-lərin məlumatına görə, bu, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən bəri iki ölkə arasında ilk rəsmi əlaqədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   İran  


Bizi "telegram"da izləyin