Yaşar Gülər: "Aİ-nin üzv olmayan NATO müttəfiqlərini kənarda qoyan yanaşmadan imtinasına ümid edirik"

2026/03/1772878911.jpg
Oxunub: 335     13:04     09 Aprel 2026    
NATO-nun dayanıqlığında Türkiyənin etibarlı tətəfdaşlığı böyük rol oynayır və Türkiyə güclü müdafiə qabiliyyəti və sənayesi ilə Avropanın təhlükəsizliyinə daha çox töhfə verə bilər.

Ordu.az-ın məlumatına görə, bunu "NATO-nun Ankara zamanı dayanıqlı bir ittifaq üçün strateji mövqelənmə" adlı tədbirdə Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, NATO-dakı müttəfiqlər müdafiə xərcləri üzrə öhdəlikləri və onların hərbi baxımdan qarşılarına hansı hədəfləri qoyduqlarını açıqlamalıdırlar.

"Avropa İttifaqının, başda ölkəmiz olmaqla, Aİ-ə üzv olmayan NATO müttəfiqlərini kənarda qoyan yeni təhlükəsizlik yanaşmalarından imtina edərək NATO-nu dəstəkləyən mövqeyə qayıtmasını ümid edirik. Əks halda, bu yanaşmanın Avropanın təhlükəsizliyinə və dayanıqlığına, eləcə də ABŞ-nin Avropadakı qüvvələrinin azalmasına və bunun daha çox zərər verəcəyini düşünürük".

Y.Gülər bəyan edib ki, Türkiyə güclü müdafiə qabiliyyəti və sənayesi ilə Avropanın təhlükəsizliyinə daha çox töhfə verə bilər:

"Avropada bir çox tərəfdaşımızın bunun fərqində olduğunu bilirik və digərlərinin də bunu düzgün təhlil edərək məntiqli mövqe sərgiləyəcəyinə inanırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaşar-Gülər     NATO  


Bizi "telegram"da izləyin