Meloni: "Hörmüzdə rüsumların tətbiqi gözlənilməz nəticələrə gətirib çıxaracaq"

2025/03/1743138031.jpg
Oxunub: 392     12:30     09 Aprel 2026    
Gəmilərin Hörmüz boğazından keçməsi üçün rüsumların tətbiqi qlobal iqtisadi vəziyyətə mənfi təsir göstərə bilər.

Ordu.az İtaliya KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Corcia Meloni Deputatlar Palatasında hökumətin fəaliyyətinə həsr olunmuş brifinqdə bəyan edib.

Onun sözlərinə görə, gəmilərin keçməsi üçün heç bir rüsum tutulmamalıdır.

"Hörmüz boğazından keçidin tam bərpası zəruridir və heç bir şərtlə məhdudlaşdırılmamalıdır. Bu, sazişin həyata keçirilməsində ən mühüm məqamlardan biri olaraq qalır, çünki İran boğazdan tranzit üçün əlavə rüsum tətbiq etmək hüququ əldə edərsə, bu, gözlənilməz iqtisadi nəticələrə gətirib çıxara bilər", - Meloni qeyd edib.

30-dan çox ölkə Hörmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsi üzərində işləyir.

O əlavə edib edib ki, İtaliyanın Yaxın Şərqdəki münaqişə ilə bağlı vəziyyətə dair mövqeyi ən böyük Avropa ölkələrinin mövqeyi ilə üst-üstə düşür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   Hörmüz  


Bizi "telegram"da izləyin