Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Harşi Qasemin ofisinin idarə olunması və təhlükəsizliyinin təmin edilməsində mərkəzi rol oynayıb.
“Gecə ərzində iki əsas keçid məntəqəsinə zərbələr endirilib. “Hizbullah” komandirləri onlardan Livanın Litani çayı boyunca şimaldan cənuba hərəkət etmək, həmçinin minlərlə vahid silah, raket və buraxılış qurğusu daşımaq üçün istifadə edirdilər. Bundan əlavə, Livanın cənubunda yerləşən “Hizbullah” təşkilatının təxminən 10 sursat anbarı, buraxılış qurğusu və komanda mərkəzi hədəfə alınıb”, - deyə İsrail Müdafiə Ordusu bildirib.
Sevinc Əliyeva
Ordu.az