İsrailin sabiq baş naziri: “İranla atəşkəs razılaşması iflasa uğrayır”

2026/04/1775724470.jpg
Oxunub: 389     12:45     09 Aprel 2026    
İsrailin sabiq baş naziri Naftali Bennet İranla atəşkəs razılaşmasını tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

O bildirib ki, müharibənin məqsədləri yerinə yetirilməyib. Bennet xəbərdarlıq edib ki, “uğursuzluq İsraili qisas almağa hazır olan İranla üz-üzə qoyacaq”.

“İqtidarın bütün boş vədləri bizə qarşı çevrildi. İsraili daxildən zəiflədən hökumət xarici düşmənə qalib gələ bilməz”, - deyə Bennet əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin