Britaniya Livanda həyata keçirilən hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb

2026/04/20175-1775043372.jpg
Oxunub: 418     12:36     09 Aprel 2026    
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper ABŞ, İsrail və İran arasında iki həftəlik atəşkəs barədə qərarı alqışlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Bu, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi, eləcə də beynəlxalq dəniz nəqliyyatının normal fəaliyyətinin və qlobal iqtisadiyyatın bərpası yolunda mühüm addımdır. Həmçinin bu həftənin sonunda planlaşdırılan ABŞ-İran danışıqlarını da alqışlayıram və Pakistan ilə danışıqlar prosesinə töhfə verən bütün tərəflərə təşəkkür edirəm”, - deyə o bildirib.

Böyük Britaniya Hörmüz boğazının yenidən açılmasına dəstək vermək, Fars körfəzi ölkələrinin özünümüdafiəsini təmin etmək və bu münaqişənin tezliklə həllinə töhfə vermək istiqamətində beynəlxalq səylər göstərir.

“İran dərhal bütün mina yerləşdirmə işlərini, pilotsuz uçuş aparatları ilə hücumları və kommersiya dəniz nəqliyyatını bloklamağa yönəlmiş digər cəhdləri dayandırmalıdır. Planlaşdırılan danışıqların münaqişənin tam dayandırılması ilə nəticələnməsi və İranın artıq boğaza və ya qonşularına təhlükə yaratmamasını təmin etməsi son dərəcə vacibdir. Həmçinin Livanda həyata keçirilən hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıram”, - deyə Kuper əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Kuper  


Bizi "telegram"da izləyin