"Qonşu ölkələrlə sərhəd əlaqələrinə ciddi önəm verilməlidir" - İranlı nazir

2026/04/1775719608.jpg
Oxunub: 352     10:52     09 Aprel 2026    
İranın qonşu ölkələrlə sərhəd əlaqələrinə ciddi şəkildə önəm verilməlidir.

Ordu.az-ın məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq İranın Yol və Nəqliyyat Təşkilatının rəyasət heyətinin üzvləri ilə təşkil olunan iclasda deyib.

Onun sözlərinə görə, ABŞ və İsrail ilə müharibə İranı bəzi məsələlərdə daha da sayıq olmağa istiqamətləndirib.

Sadeq bildirib ki, mövcud şəraitə əsasən bəzi layihələr və prioritetlər yenidən nəzərdən keçirilməlidir. Yerli məsələlərlə əlaqədar milli və beynəlxalq səviyyədə layihələrə diqqət yetirilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nazir  


Bizi "telegram"da izləyin