İsraildə İranla müharibənin əvvəlindən zərərçəkənlərin sayı 7,5 minə yaxınlaşıb

2026/03/1772529394.jpg
Oxunub: 305     10:45     09 Aprel 2026    
ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyata başlamasından bəri İsraildə zərərçəkənlərin sayı 7451 nəfərə çatıb.

Ordu.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilir.

Onlardan 118 nəfər hazırda xəstəxanalardadır. İki nəfərin vəziyyəti kritik, 13 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti isə orta ağırdır. Xəsarət alanlar arasında mülki şəxslər də var.

Qeyd edək ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid ölkənin Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin