Ordu.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson bildirib.
O qeyd edib ki, ABŞ İranda “hakimiyyət dəyişikliyi”nə nail ola bilməyib, müharibə isə əməliyyata xərclənən nəhəng maliyyə vəsaitlərinə baxmayaraq uğursuzluğa düçar olub.
“Bütün bunların fonunda regionda yerləşən hərbi bazalarımıza ciddi ziyan dəyib. Üstəlik, İran indi Hörmüz boğazına nəzarət edir”, - deyə Karlson vurğulayıb.
Bununla yanaşı, o, atəşkəsin əldə olunmasını müsbət qiymətləndirib.
Sevinc Əliyeva
Ordu.az