Ordu.az xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm "X" sosial şəbəkə hesabında paylaşım edib.
O, səfərin Baş nazir Şahbaz Şərifin dəvəti ilə baş tutacağını və İranın irəli sürdüyü 10 maddəlik təklifə əsaslanan danışıqlara diqqət yetiriləcəyini bildirib.
"İsrail rejiminin diplomatik təşəbbüsü pozmaq üçün atəşkəsi dəfələrlə pozması səbəbindən İran ictimaiyyətinin şübhəsinə baxmayaraq, hörmətli Baş nazir Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti bu axşam İranın təklif etdiyi 10 bənd əsasında ciddi danışıqlar aparmaq üçün İslamabada gələcək", - paylaşımda qeyd olunub.
Ordu.az