WSJ: ABŞ NATO müttəfiqlərini İrana qarşı müharibədəki mövqelərinə görə cəzalandıra bilər

2026/04/1775704617.jpg
Oxunub: 408     09:56     09 Aprel 2026    
Vaşinqton ABŞ-nin İrana qarşı apardığı hərbi əməliyyatı dəstəkləməyən bəzi NATO ölkələrini “cəzalandırmaq” planını müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı anonim rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bu məsələ üzrə təkliflər siyahısına ABŞ qoşunlarının alyansın bəzi ölkələrindən çıxarılması daxildir.

Bundan başqa, plan NATO üzvü olan ölkələrdən birində, ehtimal ki, İspaniya və ya Almaniyada ABŞ hərbi bazasının bağlanmasını da əhatə edə bilər.

Bununla yanaşı, WSJ qeyd edir ki, ABŞ Polşa, Rumıniya, Litva və Yunanıstan kimi ölkələrdə hərbi mövcudluğunu gücləndirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ABŞ  


Bizi "telegram"da izləyin