Ordu.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı İstanbulda İsrailin konsulluğuna silahlı hücum edilib.
Hücum edənlərdən biri öldürülüb, ikisi yaralanıb, iki polis əməkdaşı da xəsarət alıb.
Türkiyə Prezident Administrasiyası terror təhdidlərinə qarşı mübarizəni davam etdirəcəyini bəyan edib.
“Dünən İstanbulun Levent rayonunda polis mühafizə postuna üç terrorçunun silahlı hücumundan sonra baş prokurorluqların koordinasiyası ilə 34 vilayətdə İŞİD terror təşkilatına qarşı eyni vaxtda əməliyyatlar keçirilib”, - deyə “Türkiye” qəzeti bildirib.
Əməliyyatlar çərçivəsində 273 şübhəliyə qarşı tədbir görülüb, onlardan 198-i saxlanılıb.
Sevinc Əliyeva
Ordu.az